...

Azərikimya xammalın alınması üzrə tender elan edib

Energetika Materials 2 Fevral 2006 17:29 (UTC +04:00)

Azərikimya Dövlət Şirkətinin tərkibinə daxil olan səthi aktiv maddələr zavodu xammalın alınması üzrə tender elan edib. Trend in verdiyi məlumata görə, tenderin predmeti 60 min ton həcmində, eləcə də 13830-91 DÜST-ə müvafiq 40 min ton, 16461447-1-96 TŞ-ə uyğun 20 min ton texniki duzun alınmasıdır.

Alınan xammal müəssisəyə 2006-cı il ərzində və 2007-ci ilin martına kimi təqdim olunmalıdır.

Tenderdə maraqlı olan şəxslər 200 AZN məbləğində vəsait köçürməli və öz təkliflərini 2006-cı il martın 7-nə kimi təqdim etməlidirlər.

Tender prosedurasının özü səthi aktiv maddələr zavodunda bu il martın 16-na kimi göndərilicək.

Xəbər lenti

Xəbər lenti