...

Hüseyn Arabul: Tikinti şirkətləri Barmek paylayıcı şəbəkənin normativlərinə riayət etmirlər

Energetika Materials 3 Fevral 2006 16:53 (UTC +04:00)

Bakıda yeni binaların tikintisini həyata keçirən şirkətlər elektrik enerjisinin təchizatı üzrə texniki qaydalara və Barmek şirkətinin avadanlıqlarının quraşdırılmasına riayət etmirlər. Bu barədə Trend ə şirkətin prezidenti Hüseyn Arabul məlumat verib.

Onun sözlərinə görə, şirkətlərin müəyyən etdiyi normativlər təhlükəsizliyin müasir tələblərinə cavab verir və elekrtirk enerjisinin fasiləsiz və qəzasız verilməsini təmin edir. Lakin tikinti zamanı şirkətlər normalara uyğun gəlməyən köhnə avadanlıqlardan istifadə etməyə üstünlük verirlər və bu da onların əldə olunması üçün az xərc çəkilməsi istəyindən irəli gəlir.

Bundan əlavə, yeni binaların elektrik enerjisi ilə təmin olunması zamanı onlara aid olmayan xəttlərdən istifadə edilir. Şirkətlər tərəfindən tətbiq edilən belə tədbirlər qəzalara səbəb olur və bu zaman paylayıcı şirkət günahlandırılır. Arabulun sözlərinə görə, hazırda Bakıda binaların tikintisi ilə məşğul olan 350-yə yaxın müəssisə fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti