...

AR DNŞ yanvarda Novorossiyskdən neft yükləməyib

Energetika Materials 3 Fevral 2006 20:44 (UTC +04:00)

AR DNŞ bu ilin yanvarında əlverişsiz hava şəraiti ilə bağlı olaraq Novorossiysk limanından neft yükləməyib. Bu barədə Trend ə AR DNŞ-də bildirilib. Yanvarın 30-31-də şirkət tenderin qalibi olmuş Glencore treyderinə 85 min ton Urals nefti yükləməli idi. Amma bu daşınma fevralın ortalarına keçirilib.

2005-ci ildə AR DNŞ Novorossiysk limanından 1,631 mln. ton neft yükləyib. 2004-cü ildə bu həcm 2,559 mln. ton təşkil edib. 2005-ci ilin dekabrında Novorossiyskdən neft yüklənməsi 86,5 min ton təşkil edib. Bir ay öncə bu həcm 167,2 min ton, 2004-cü ilin dekabrında isə 166,3 min ton olub.

Xəbər lenti

Xəbər lenti