...

2006-cı ildə ABƏŞ Azərbaycana 3,3 mlrd m3-dən çox səmt qazı verəcək

Energetika Materials 10 Fevral 2006 14:24 (UTC +04:00)

Azərbaycanın Sənaye və energetika nazirliyi ölkənin yanacaq-energetika balansına dəyişikliklər edib. Hazırda balans respublikanın müvafiq nazirlik və idarələrinin təsdiqinə verilib. Bu proses başa çatdıqdan sonra isə balans hökumətə təqdim olunacaq. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Dəyişikliklər, əsasən istehlak üçün nəzərdə tutulmuş qazın həcminə aiddir. 2006-cı ildə Azərbaycanda 5 mlrd 914 mln m3 qazın hasil ediləcəyi nəzərdə tutulub. Bu həcm Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti tərəfindən Azərbaycana verilən, "Azəri" yatağından hasil edilən qazla, o cümlədən gələn ilin sonunda "Şahdəniz" qaz-kondensat yatağından hasil edilməsi planlaşdırılan qazla birlikdə nəzərdə tutulur. Lakin ABƏŞ-lə aparılmış danışıqlardan sonra qərara alınıb ki, şirkət Azərbaycana "AÇG"-dən 3,3 mlrd m3, "Şahdəniz" qaz-kondensat yatağından isə 250-300 mln m3 qaz verəcək. Həmçinin, Rusiyadan 1000 m3-i 110 dollara 4,5 mlrd m3 qazın idxal olunacağı da nəzərdə tutulub.

2006-cı ilin proqnozuna əsasən, AR DNŞ işlənib-hazırlanan yataqlardan təxminən 8 mln 750 min ton neft hasil edəcək.

Bu il respublikada 24 mlrd 360 mln kVt elektrik enerjisinin istehsalı planlaşdırılır. İdxal olunan elektrik enerjisinin həcmi isə 2 mlrd 750 mln kVt təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti