...

ARDNŞ yanvar –fevral aylarında Novorossiyskdən 85 min ton neft yola salıb

Energetika Materials 1 Mart 2006 16:22 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) fevral ayında Bakı-Novorossiysk şimal boru kəməri marşrutu üzrə 84639 ton Urals markalı neft yola salıb. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Bu ilin yanvarında hava şəraiti üzündən Novorossiysk limannıdan bu marşrut üzrə neft yola salınmayıb. Ötən ilin yanvar-fevral aylarında şimal boru kəməri ilə 438,5 min ton neft yola salıb.

2005-ci ildə ARDNŞ Novorossiyskdən 2004-cü ildəki 2,559 mln. tona qarşı 1,631 mln. ton neft yola salıb. 2005-ci ilin dekabrın Novorossiyskdən neftin yola salınması bir ay əvvəlki 167,2 min tona və 2004-cü ilin dekabrındakı 166,3 min tona qarşı 86,5 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti