...

Martda Heydər Əliyev adına NEZ fevral ayına nisbətən neft məhsullarının ixracını artırıb

Energetika Materials 4 Aprel 2006 20:30 (UTC +04:00)

Mart ayında H.Əliyev adına NEZ (keçmiş Azərneftyanacaq) 71,9 min ton neft məhsulu ixrac edib ki, bu da fevral ayına nisbətən 21,74 min ton çoxdur. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Yanvar-mart aylarında zavodda ixrac 154 min ton təşkil edib. Yanvar-mart aylarında neft məhsullarının ixracının ümumi həcmindən ən çox dizel yanacağının, daha sonra aviasiya kerosininin, avtomobil benzinin və mazutun payına düşür.

ARDNŞ-in məlumatına görə, martda dünya bazarında neft məhsulları aşağıdakı qiymətlərlə satılıb (FOB MED (Italy)): avtomobil benzini - tonu $579,62 (fevraldakı dəyərinə görə $68,89), aviasiya kerosini - 1 tonu $599,75 ($17,57), dizel yanacağının 1 tonu $558 ($34,54), mazutun 1 tonu $338,31 (-$13,84).

Heydər Əliyev adına NEZ-in neft məhsullarının ixracının ümumi cədvəli belədir:

Adı (min tonla)

Heydər Əliyev adına HEZ

Mart- 06

+/- fevral - 06

Yanv.-Mart. - 06

Dizel yanacağı

30,6

14,8

64,6

Avtomobil benzini

14

9,73

26,8

Mazut

1,47

0,1

2,66

Aviasiya kerosini

25,7

- 3,2

59,8

Cəmisi

71,9

21,74

154

Xəbər lenti

Xəbər lenti