...

2006-cı ilin yanvar-aprel aylarında Anshad Petrol MM ARDNŞ-ə 11 mln. m3-dən çox sərbəst qaz satıb

Energetika Materials 3 May 2006 14:50 (UTC +04:00)

2006-cı ilin yanvar-aprel aylarında Anshad Petrol MM Azərbaycan Dövlət Neft Şirkətinə 11,26 mln. m3 sərbəst qaz satıb ki, bu da 2005-ci ilin analoji dövrü ilə müqayisədə 0,3 mln. m3 çoxdur. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. Apreldə MM 1,99 mln. m3 qaz satıb. Bu isə plandan 0,15 mln. m3 azdır.

Anshad Petrol "Neftçala", "Xilli" və "Babazənən" yataqlarındakı quyulardan qaz hasil edir. MM ilk sərbəst qaz satışına 2004-cu ilin aprelində başlayıb. O zaman bu həcm 2 mln m3 təşkil edib. ARDNŞ Anshad Petrol-dan qazın 1000 kub metrini 65 min AZM-dən ($13) alır və "Azəriqaz" QSC-yə verir. "Azəriqaz" isə öz tərkibinə daxil olan "Aztransqaz" İB vasitəsilə yanacağı paylayır.

Anshad Petrol MM 1993-cü ildə ARDNŞ və Türkiyənini Atilla Dogan Petrol şirkəti arasında keçmiş "Neftçalaneft" NQÇİ əsasında yaradılıb. 1994-1996-cı illərdə Anshad Petrol MM-in operatoru Atilla Dogan Petrol olub. 1997-ci ildən isə ARDNŞ bu funksiyanı öz üzərinə götürüb. 1995-ci ildə Malayziyanın Land and General Berhad şirkəti Atilla Dogan Petrola məxsus payın 17,15%-ni alaraq layihənin iştirakçısı olub.

Xəbər lenti

Xəbər lenti