...

MDB-nin Elektrik Enerji Şurası enerji sistemlərinin sinxronlaşdırılması məsələsini nəzərdən keçirib

Energetika Materials 24 May 2006 16:06 (UTC +04:00)

MDB-nin Elektrik Enerji Şurasının 29-cu iclasında Birlikdə əməkdaşlıq çərçivəsində milli enerji sistemlərinin qarşılıqlı fəaliyyətinin yaxşılaşmasına yönəldilmiş bir sıra məsələlər nəzərdən keçirilib. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidməti cəmiyyətin Mərkəzi Dispetçer İdarəsinin rəisi, Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Nurəli Yusifbəyliyə istinadən xəbər verir.

Görüşdə ötən payız-qış dövründə görülmüş işlərə yekun vurulub, UCTE (Avropa Energetika Assosiasiyası), MDB və Baltik ölkələrinin enerji sistemləri birliyinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.

Görüşdə yeni müşahidəçi statusu, bu il işlənilməsi üçün normativ-hüquqi aktların siyahısı, "Elektrik enerjisinin MDB ölkələrinin elektrik şəbəkələri ilə tranzitinin həyata keçirilməsinin ümumi prinsipləri" təsdiqlənib.

Görüşdə qeyd olunub ki, mayın sonunda Avropa Energetika Assosiasiyası tərkibinə Ukrayna və Moldovanın qəbul edilməsi imkanlarını nəzərdən keçirəcək. Eyni zamanda MDB və Avropanın enerji sistemlərinin sinxronlaşdırılması və Ukrayna və Moldovanın enerji sistemlərinin Avropa enerji sistemi ilə sinxronlaşdırılması ilə bağlı iki layihə təhlil edilib. Sonda Şura layihələrin bir-biri ilə ziddiyyət təşkil etməsi ilə bağlı vahid fikrə gəlib.

Görüşün yekunları üzrə 13 oktyabr 2006-cı ildə Şuranın növbəti 30-cu iclasının keçirilməsi haqqında qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti