...

"Azərenerji" SC nümayəndələri Çindəki elektrik stansiyasının işilə tanış olacaq

Energetika Materials 14 İyun 2006 15:24 (UTC +04:00)

"Azərenerji" SC-nin nümayəndələri başda vitse-prezident Marlen Əsgərov olmaqla Pekin, Xarbin, Urumçi və digər şəhərlərdəki elektrik stansiyalarının işilə tanış olmaq üçün iyunun 16-24-də Çinə səfər edəcək. Bu barədə Trend ə SC-dən məlumat verilib.

Hazırda Əlibayramlı İES-ın müasirləşdiriliməsi mümkünlüyü nəzərdən keçirilir. Burada mazıt və qazla işləyəcək avadanlığın quraşdırılması planlışdırılır. Amerikanın General Electrics şirkəti tərəfindən Çin elektrik stansiyalarında quraşdırılmış müvafiq avadanlıqla tanış olmaq üçün Azərbaycanın nümayəndə heyəti yola düşür.

Hazırda "Azərenerji" elektrik avadanlığı üzrə CNEEC Çin milli korporasiyası ilə sıx işləyir. CNEEC Şəkidə yarımstansiya tikməyi və Mingəçevir HES-da hidroaqreqatlardan birini bərpa etməyi təklif edib.

Xəbər lenti

Xəbər lenti