...

Azərbaycan Dövlət Neft Şirkəti yeni beynəlxalq kredit alacaq

Energetika Materials 16 İyun 2006 18:40 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti şəxsi yataqların işlənməsi üçün kredit cəlb etmək fikrindədir. Trend in ATV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev jurnalistlərə verdiyi müsahibəsində bildirib.

ARDNŞ prezidentinin sözləriən görə, yaxın günlərdə bu məqsədlər üçün banklardan birindən kredit alınacaq. Bu zaman Dövlət Neft Şirkəti krediti dövlət zəmanəti olmadan alacaq.

Əvvəl ARDNŞ 750 milyon ABŞ dolları məbləğində kredit alıb. Bu kredit ARDNŞ-ə məxsus Azerbaijan (ACG) Limited (AzACG) şirkəti tərəfindən alınıb. ARDNŞ, bu krediti almaqla, "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinin işlənməsi çərçivəsində sərmayə qoyma hüququ alıb. Əvvəl Exxon Azerbaijan Limited və Turkiye Petrolleri A.O. ARDNŞ-in "AÇG"-yə sərmayə qoyma hüququnun 10%-ni bərabər hissəyə bölüb və Dövlət Neft Şirkətinin əvəzinə layihəyə vəsait qoymaqla, buna görə neft alıblar. Bütün vaxt ərzində şirkətlər tərəfindən 1 milyard 150 milyon ABŞ dolları qoyulub. 750 milyon ABŞ dolları kredit almaqla, AzACG Exxon Azerbaijan Limited vəTurkiye Petrolleri A.O. şirkətlərindən bu hüququ alıb.

Kredit razılaşmaya əsasən, əvvəllər Exxon Azerbaijan Limited vəTurkiye Petrolleri A.O. tərəfindən ixrac edilən neft AzACG tərəfindən iki şirkətə - Glencore və Select Energy Trading (SET) şirkətlərinə satılacaq. Bu neftdən gələn mədaxil BNP Paribas-da (AzACG üçün kreditin təşkilatçısı və zamini qismində çıxış edən) xüsusi hesaba yerləşdiriləcək və buradan AÇG layihəsinə sərmayə qoyuluşu həyata keçirilicək. Bundan başqa, ARDNŞ vitse-prezidentinin verdiyi xəbərə görə, kredit Libor +1,7% şərti ilə verilir. Kredit neftin dünyadakı qiymətindən asılı olaraq 3-5 il ərzində qaytarılacaq. Öz növbəsində Exxon Azerbaijan Limited və Turkiye Petrolleri A.O. şirkətlərinin şərtlərinə görə, onlar tərəfindən qoyulmuş vəsaitlər 4 % səviyyəsində faiz dərəcəsi üzrə qaytarılıb. Beləliklə, kreditin alınması ARDNŞ-ə 2,3% həcmində müsbət saldo almaq imkanı verib.

Xəbər lenti

Xəbər lenti