...

Yanvar-may aylarında Azərbaycanın daxili bazarında 1,6 mln. ton neft məhsulları satılıb

Energetika Materials 17 İyun 2006 12:55 (UTC +04:00)

2006-cı ilin yanvar-may aylarında Azərbaycanın daxili bazarına təxminən 1,6 mln. ton neft məhsulu göndərilib. Bu rəqəm ötən ilki göstəricidən 19% aşağıdır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Dövlət Statistika Komitəsindən xəbər veriliib.

Neft məhsullarının ümumi həcmindən 246,8 min ton avtomobil benizininin payına düşüb ki, bu da ötən ilin analoji göstəricisilə müqayisədə 10,3% çoxdur. Azərbaycanın daxili bazarında 1 ton A-92 avtomobil benzinin topdan satış dəyəri (ƏDV və sair xərclər nəzərə alınmaqla) 432,30 AZY, A-96 - 484,70 AZY təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu müddət ərzində Azpetrol satış üçün 132,03 min ton, LUKoil - 50,6 min ton benzin alıb.

Bu müddətdə daxili bazarda 266,9 min ton dizel yanacağı satılıb ki, bu da ötən ilin müvafiq dövri ilə müqayisədə 10,5% azdır. Azərbaycanın daxili bazarında 1 ton dizel yanacağının topdan satış dəyəri (ƏDV və sair xərclər nəzərə alınmaqla) 397,46 AZY təşkil edib. Azpetrol həmin müddətdə 105,7 min ton, LUKoil - 31,2 min ton, Xəzər Dəniz Gəmiçiliyi - 9,6 min ton dizel yanacağı alıb.

Daxili bazarda ən çox yanacaq mazutu satılıb. 2006-cı ilin yanvar-may aylarında 787,9 min ton yanacaq mazutu satılıb ki, bu da ötən ilin analoji göstəricisinə nisbətən 32,9% azdır. Daxili bazarda 1 ton M-40 mazutun topdan satış dəyəri (ƏDV və sair xərclər nəzərə alınmaqla) 77,88 AZY təşkil edib. Yanvar-may aylarında Azerenerji 585,4 min ton və "Heydər Əliyev adına" NEZ - 152,8 min ton yanacaq mazutu alıb.

Aviasiya neftinə gəldikdə , bu göstərici 214,3 min tondur ki, ötən ilin müvafiq müddətinə nisbətən 5,6% azdır. Daxili bazarda 1 ton aviasiya neftinin topdan satış dəyəri (ƏDV və sair xərclər nəzərə alınmaqla) 411,68 AZY təşkil edib. Bu müddət ərzində Azal DŞ 195,8 min ton aviasiya nefti alıb.

Daxili bazarda 36,5 min ton neftebitum satılıb, bu da ötən ilki göstəricədən 80,3% çoxdur. Daxili bazarda 1 ton BN 60/90 bitumun topdan satış dəyəri (ƏDV və sair xərclər nəzərə alınmaqla) 108,90 AZY təşkil edib.

Xəbər lenti

Xəbər lenti