...

IEF baş katibi: "BTC boru kəməri qlobal enerji təhlükəsizliyinin artırılması çərçivəsində mühüm enerji layihəsidir"

Energetika Materials 3 İyul 2006 13:38 (UTC +04:00)

Səudiyyə Ərəbistanının energetika və təbii sərvətlər naziri Əli əl Naimi iyulun 13-də Türkiyədə BTC boru kəmərinin açılış mərasimində iştirak edəcək.

Trend in xəbər verdiyi kimi, Türkiyənin Səudiyyə Ərəbistanındakı nümayəndəsinin sözlərinə görə, mərasimdə nazir də daxil olmaqla Səudiyyə Ərəbistanının 3 yüksək vəzifəli nümayəndəsi iştirak edəcək.

Bundn başqa, mərasimdə Beynəlxalq Energetika Forumunun (International Energy Forum, IEF) rəhbəri Arne Valter və İslam Konfransı Təşkilatının başçısı Ekmələddin İhsanoğlu da iştirak edəcək.

A.Valter bəyan edib ki, BTC boru kəməri qlobal enerji təhlükəsizliyinin artırılması çərçivəsində mühüm yeni enerji xəttidir.

Mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin, ABŞ və digər ölkələrin yüksək vəzifəli nümayəndələrinin iştirakı gözlənilir.

Xəbər lenti

Xəbər lenti