...

Azərbaycan, Türkiyə və Gürcüstanın BMT-dəki səfirləri BTC-nin açılışına həsr olunmuş mətbuat konfransı keçiriblər

Energetika Materials 14 İyul 2006 16:54 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Gürcüstanın BMT-dəki səfirləri Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin açılışına həsr olunmuş mətbuat konfransı keçiriblər. Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən xəbər verib.

O cümlədən, Azərbaycan, Türkiyə və Gürcüstanın daimi nümayəndələri BMT-nin Nyu-Yorkdakı binasında mətbuat konfransı keçiriblər. Bu zaman Azərbaycan nümayəndəsi, səfir Yaşar Əliyev BTC neft kəməri barədə ətraflı məlumat verib.

Türkiyə səfiri Baki İlkin və Gürcüstan səfiri Revaz Adamia da jurnalistlərin suallarına cavab verib. Həmin layihənin əhəmiyyəti barədə 5 dəqiqəlik video çarxı göstərilib. Öz növbəsində, R.Adamia qeyd edib ki, BTC neft kəməri bölgədə yerləşən dövlətin əhalisinin rifahının yaxşılaşmasına yeni təkan verəcək.

Neft kəmərinin nə üçün Ermənistan ərazisindən çəkilmədiyi barədə suala Baki İlkin cavab verib ki, rəsmi Yerevan öz əsassız fikirlərindən əl çəkərsə, Türkiyə bu dövlətlə əməkdaşlığı bərpa etməyə hazır olacaq.

Türkiyə diplomatı qeyd edib ki, ərazisindən neft kəmərinin keçdiyi hər üç dövlət BTC-nin təhlükəsizliyinin təminatı üçün lazımi vəsaitlərə malikdir.

Mətbuat konfransından sonra BTC-nin açılışı münasibətilə ziyafət verilib.

Xəbər lenti

Xəbər lenti