...

Azərbaycan neftinin qiyməti yeni rekord göstəriciyə çatıb

Energetika Materials 15 İyul 2006 12:10 (UTC +04:00)

İyulun 14-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $75,26 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,82 artıb). Neft Ceyhan limanına BTC boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, iyulun 14-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $76,48 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,80 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 14-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $71,10 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,68 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

İyulun 14-də bir barel DTD neftinin qiyməti $75,99 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,57 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

"Azəri-Çıraq-Günəşli" yatağından hasil edilən Azeri Light növlü neftin "Qərb" boru kəməri ilə dünya bazarlarına ixracına 1999-cu ildə Gürcüstanın Supsa limanından başlanıb.

Xəbər lenti

Xəbər lenti