...

McDermott ARDNŞ üçün sualtı kəmər inşa edəcək

Energetika Materials 22 İyul 2006 14:23 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin "Azneft" İB "Günəşli" yatağındakı 14-cü platformadan "Neft Daşları" yatağınadək uzanacaq sualtı kəmərin tikintisi üzrə baş podryatçı McDermott şirkətilə danışıqlar aparır. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, İB-nin rəhbərinin müavini Ağasəf Əliyev "Xalq qəzeti"nə bildirib.

Bu kəmər 26,5 km uzunluğunda və 500 millimetr diametrində olacaq. Kəmər ARDNŞ tərəfindən müstəqil işlədilən "Günəşli" yatağından çıxarılan yüksək təzyiqli qazın sahilə nəql edilməsi üçün istifadə olunacaq. Hazırda bu layihənin gerçəkləşdirilməsi üçün lazım olan boruların tədarükü üzrə tenderin qalibi müəyyənləşdirilib. Bu, Almaniyanın MAN şirkətidir. Boruların çatdırılmasının , ehtimallara görə, bu ilin sentyabr-noyabr aylarında başa çatacaq.

Bundan əlavə, qazıq yığılma və nəqlinin yaxşılaşdırılması üçün "Neft Daşları"ndan 8,4 km uzunluğunda və 300 mm diametrində qaz kəmərinin çəkilməsi nəzərdə tutulub. Bu kəmərin bir hissəsi (2 km) artıq Xəzər Dəniz Neft-Qaz Tikinti konserni tərəfindən Hövsanıdakı tikinti sahəsində hazırlanıb və yaxın vaxtlarda dənizə göndəriləcək. Xəttin qalan hissəsi "Süleyman Vəzirov" gəmisindən istifadə etməklə çəkiləcək.

Xəbər lenti

Xəbər lenti