ARDNŞ qazın artırılması proqramı çərçivəsində yüksək təzyiqli yeni qaz kəmərinin çəkilməsinə başlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə şirkətdən məlumat verilib. Boru kəməri "Günəşli" və "Neft Daşları" yataqları arasında "Süleyman Vəzirov" boru düzən gəmisi ilə çəkilir.
Boru kəmərinin uzunluğu 22 km-dir. Bunun 8,5 km-ni yeni çəkiləcək xətt təşkil edir. Kəmər sutkada 2 milyon kubmetrlik ötürmə qabiliyyətinə malikdir. Hazırda eyni vaxtda 5 qaynaqçı qrupu çalışır. Gəmi sutkada 500-700 metr uzunluğunda boru düzə bilər.
Hava əlverişli olarsa boruları düzmək üçün 7-10 gün kifayət edəcək. Kəmər tam gücü ilə işə düşdükdən sonra sutka ərzində əlavə 1 milyon kubmetr qaz əldə etmək mümkün olacaq.