...

Azərbaycanın cənub regionunda hər gün 400-dək sayğacın quraşdırılması nəzərdə tutulur

Energetika Materials 27 İyul 2006 16:29 (UTC +04:00)

Hazırda Azərbaycanın cənub və qərb regionlarının paylayıcı şəbəkələrinin inkişafı çərçivəsində Lənkəran rayonunda 439, Astarada- 517, Masallıda - 320, Cəlilabadda - 128 sayğac quraşdırılıb. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji" SC-nin mətbuat xidmətindən məlumat verilib.

Proqram çərçivəsində 137 min 99 fərdi abunəçiyə sayğacın quraşdırılması nəzərdə tutulur. Hər gün cənub istiqamətində təxminən 80 sayğac quraşdırılır. Ancaq bu göstəricini gündə 300-400 ədədə çatdırmaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti