2006-cı ilin yanvar-iyul aylarında Batumi neft terminalı 2005-ci ilin analoji dövrünə olan 5,2 mln tona qarşı 7,5 mln ton neft yükü daşıyıb. Bu barədə Trend ə limana yaxın mənbələrdən məlumat verilib.
2006-cı ilin iyun ayına olan 867,5 min tona və 2005-ci ilin iyun ayına olan 909 min tona qarşı 2006-cı ilin iyulunda 1,06 mln ton neft yükü daşınıb.
Mənbələr qeyd edir ki, iyulda 677,4 min ton neft, 187,7 min ton mazut, 124,7 min ton dizel yanacağı və s. daşınıb.
Batumi neft terminalı ildə 15 mln ton neft yükü daşımaq qabiliyyətinə malikdir. Terminal 4 körpüdə 30-90 min ton tutumlu tankerlərə xidmət edir. Hazırda terminalın rezervuar parkının gücü təxminən 530 min ton təşkil edir ki, bu da dəhlizdən keçən cari və proqnozlaşdırılan həcmlərin daşınması üçün böyük göstəricidir.