...

Artur Rəsizadə: Azərbaycan hələ Gürcüstan üçün qazın qiymətini müzakirə etmək fikrində deyil

Energetika Materials 17 Avqust 2006 21:06 (UTC +04:00)

Gürcüstan və Azərbaycanın baş nazirləri Gürcüstanın payızda alacağı Azərbaycan qazının qiymətini müzakirə etməyib. Trend in Gürcüstandakı xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Batumidə Azərbaycanın baş naziri Artur Rəsizadə bildirib.

Bununla yanaşı, o təsdiq edib ki, gələn ildən Azərbaycan Gürcüstana qaz tədarük etməyi planlaşdırır. O qeyd edib ki, gürcü həmkarı ilə görüş zamanı onlar Gürcüstana qaz tədarükü məsələlərini müzakirə edib.

"Tədarük məsələsi Batumidə Gürcüstanın baş naziri Zurab Noqaideli ilə görüşümüzdə müzakirə edilib, lakin Azərbaycanın energetika balansı hazırlanmayanadək, Gürcüstana tədarük edilən Azərbaycan qazının qiyməti və həcminin müzakirəsi vaxtsızdır", - deyə Rəsizadə qeyd edib.

Gürcüstan Azərbaycandan 1 min m3-ə görə 60-80 ABŞ dolları qiymətində qaz almaq fikrindədir. İndi Gürcüstan analoji həcmdə qazı Rusiyadan 110 ABŞ dollarına alır.

Azərbaycanın baş naziri gürcü həmkarı ilə Acarıstanda keçirilən hökümətlərarası komissiyanın iclasında və Gürcüstan-Azərbaycan biznes-forumunda iştirak edir.

Xəbər lenti

Xəbər lenti