...

Azərbaycan höküməti 2005-ci il üçün EİTİ üzrə hesabat təqdim edib

Energetika Materials 18 Avqust 2006 16:50 (UTC +04:00)

Azərbaycan hökümətinin 2005-ci il üzrə hasilat sahəsində şəffaflıq təşəbbüsü çərçivəsində (EİTİ) hesabatına əsasən, Azərbaycanda işləyən xarici şirkətlərdən, həmçinin yataqların işlənməsində dövlətin payı çərçivəsində 14,3 mln. barel neft əldə olunub. Trend xəbər verir ki, bu barədə respublikanın Dövlət Neft Fondundan bildiriblər.

Bu dövr ərzində Azərbaycan xarici şirkətlərdən 1 mlrd. 919 mln. 709 min kub metr qaz alıb. Bu qaza həm təbii, həm də səmt qazı daxildir. İanə və digər bonuslar qismində 1 mln. ABŞ dolları əldə olulnub.

Akr üzrə ödənişlər qismində ötən il Azərbaycan, hökümətin hesabatına əsasən, 8,8 mln. ABŞ dolları alıb. Respublika tranzit ödəmələrindən 16,5 mln. ABŞ dolları alıb. Müqavilə öhdəliklərinin icra edilməməsinə görə xarici şirkətlər Azərbaycana 229,6 mlrd. köhnə manat ödəyib.

Ötən il Azərbaycana 249,8 mlrd. AZM royalti (mədən vergisi), 49,6 mlrd. AZM gəlir vergisi və 400,3 mlrd. AZM həcmində digər vergilər ödənilib.

Xəbər lenti

Xəbər lenti