...

Li Von Qul: Koreya Azərbacanın "İnam" neft layihəsinə qoşulmaq üçün əlindən gələni edəcək

Energetika Materials 31 Avqust 2006 14:46 (UTC +04:00)

Azərbaycan və Koreya arasında əldə olunmuş razılaşmaya əsasən, enerji sahəsində əməkdaşlıq komissiyasının iclası ildə bir dəfə keçiriləcək.

Trend in xəbər verdiyi kimi, Koreyanın ticarət, sənaye və energetika nazirinin müavini Li Von Qul avqustun 31-da Bakıda keçirilmiş mətbuat-konfransında jurnalistlərə bildirib ki, növbəti görüş 2007-ci ildə Seulda keçiriləcək. Bu həftə Bakıda keçirilmiş görüş çərçivəsində Koreyanın Azərbaycanın dənizdə yerləşən "İnam" yatağının işlənməsində iştirakı ilə bağlı danışıqlar aparılıb.

"Bu layihədə iştirak etmək arzusu hələ Koreya prezidentinin mayda Bakıya səfəri zamanı bildirilmişdi. Danışıqlar işgüzar səviyyədə davam etdiriləcək. Hazırda ən əsası odur ki, hər iki tərəfin istəyi var. Biz bu layihəyə qoşulmaq üçün əlimizdən gələni etmək niyyətindəyik", - deyə o bildirib.

"İnam" perspektiv strukturunun işlənməsi layihəsinin operatoru BP Azerbaijan şirkətidir. ARDNŞ layihədə 50% paya malikdir. Koreya nümayəndələri ARDNŞ-in payının 20%-ni almaq marağında olduqlarını bəyan edib.

Xəbər lenti

Xəbər lenti