...

2005-ci ildə ARDNŞ-də ehtiyat artımı baş verməyib

Energetika Materials 8 Sentyabr 2006 17:34 (UTC +04:00)

2005-ci ildə ARDNŞ tərəfindən neft- qaz yataqlarında və perspektivli strukturlarda axtarış-kəşfiyyat qazma işləri zamanı ehtiyat artımı olmayıb. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ-in 2005-ci il ərzində görülmüş işlərin yekunları üzrə hesabatında deyilir.

2005-ci ildə ARDNŞ-in "Azneft" İB üzrə nəzərdə tutulmuş 2110 metrdən (-21,8%) 1861 metr kəşfiyyat qazma işi həyata keçirilib.

2005-ci ildə xarici şirkətlərlə birgə kəşfiyyat işləri Azərbaycanın quruda və dənizdə yerləşən 7 sahəsində aparılıb (Yalama (D-222), Babazənən, Mişovdağ, Qırlıq, İncəbel, Qarabağlı və Kənizdaq). Nəticədə 14855,5 metr qazılıb və bir kiçik yataq açılıb.

2005-ci ildə axtarış-kəşfiyyat qazma işləri nəticəsində respublika üzrə cəmi 16711,5 metr qazılıb. Bunun 12386 metri quruda, 4325,5 metri dənizdə aparılıb.

Xəbər lenti

Xəbər lenti