Beynəlxalq Məhkəmədə "Barmek Holdinq"in iddiası hələ qeydiyyata alınmayıb. Trend xəbər verir ki, bu barədə bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib.
"Barmek"in iddiasının mövzusu Bakı elektrik şəbəkəsinə qoyulan 291 mln. dolların Azərbaycan höküməti tərəfindən ödənilməsi idi.
"Məhkəmənin "Barmek"ə sualı var. Hüquqşünaslarımız işləyəcəklər, çünki biz hesab edirik ki, qeydiyyat olmamalıdır, lakin hər şey məhkəmənin qərarından asılıdır. Biz çalışacağıq ki, ümumiyyətlə qeydiyyat olmasın, çünki Azərbaycan qanunvericiliyinə görə əvvəlcə iddia yerli məhkəmə tərəfindən baxılmalı, sonra ölkədən kənara çıxarılmalıdır və biz buna nail olmaq istəyirik", - deyə nazir qeyd edib.
H.Babayev həmçinin İqtisadi İnkişaf Nazirliyi və "Barmek" arasında Azərbaycanın İqtisadiyyat məhkəməsində baxılan məhkəmə təhqiqatları üzrə vəziyyəti də aydınlaşdırıb.
"Bu məsələ bizim "Barmek"ə dair birbaşa fəaliyyətimizə aid idi. Bu gün bizim iddiamız təmin olunub və 10 min manatdan çox məbləğ əvvəlcə Barmek tərəfindən İqtisadi İnkişaf Nazirliyinə verilməli və yalnız bizim icazəmizdən sonra banklar ödəmələri həyata keçirə bilərlər", - deyə H.Babayev qeyd edib.