...

Azərbaycan noyabr ayında Novorossiysk limanından 385 min ton neft yükləyəcək

Energetika Materials 31 Oktyabr 2006 15:43 (UTC +04:00)

Noyabr ayında Azərbaycan Novorossiysk limanından 385 min ton Ural nefti yükləməyi nəzərdə tutub. Novorossiysk limanına yaxın mənbələrdən Trend ə verilən xəbərə görə, iki tanker partiyası ilə 150 min ton neftin yüklənməsi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) payına, iki tanker partiyası ilə 235 min ton xammalın yüklənməsi isə ARDNŞ-in payına düşür.

Noyabr ayında ABƏŞ Novorossiysk limanının N2 körpüsündən 75 min ton neft yükləyəcək (ayın 7-8-i bu partiyaya əlavə 5 min ton ARDNŞ nefti). Azərbaycan Dövlət Neft Şirkəti 230 min ton neft - noyabrın 29-30-u N1 körpüsündən 145 min ton, noyabrın 21-22- si isə N2 körpüsündən 85 min ton neft yükləyəcək.

ABƏŞ Azeri Light növlü nefti "Azəri-Çıraq-Günəşli" yatağından hasil edir və xammalı Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk boru kəməri və dəmir yolu ilə Gürcüstanın Batumi limanına qədər ixrac edir.

ARDNŞ ABƏŞ səhmdarının hüququ ilə "Azəri-Çıraq-Günəşli" yatağından nefti hasil və ixrac edir, xammalı digər qurudakı və dənizdəki sahələrdə öz vəsaitləri hesabına istehsal edir. 2004-cü ildə göndərdiyi 2,559 mln. tonla müqayisədə 2005-ci ildə ARDNŞ Novorossiysk limanından 1,631 mln. ton neft göndərib.

Xəbər lenti

Xəbər lenti