...

Azneftkimyamaş ASC istehsalın həcmini artırıb

Energetika Materials 7 Dekabr 2006 15:44 (UTC +04:00)

2006-cı ilin yanvar-noyabr aylarında Azneftkimyamaş ASC -də 20,5 mln AZN dəyərində neft- mədən, geoloq-kəşfiyyat avadanlıqları, onlar üçün alət və ehtiyat hissələri istehsal olunub ki, bu da 2005-ci ilin analoji dövrü üçün 23,5% çoxdur. Bu barədə Trend də ASC-dən xəbər veriblər. Azneftkimyamaş Açıq tipli Səhmdar Cəmiyyəti prezidentin 22 mart 2001-ci il sərəncamına əsasən, Azneftkimyamaş Dövlət Konserninin bazasında yaradılıb. ASC-in tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-tədqiqat və lahiyə-konstruksiya institutu daxildir. ASC-dən qeyd ediblər ki, bu dövr ərzində Səttarxan adına maşınqayırma zavodunun istehsalı 3,1 mln AZN, Bakı Fəhləsinin istehsalı 2,5 mln. AZN, Sabunçu NİB in istehsalı 2,3 mln AZN, Bakı Maşınqayırma zavodunun istehsalı 1,8 mln. AZN, B. Sərdarov adına zavodun istehsalı 2,4 mln AZN dəyəri həcmindədir. Bu dövr ərzində istehsal olunmuş məhsul 19,5 mln AZN dəyərindədir ki, bu da 2005-ci ilin göstəricilərinə görə 30% çoxdur. Azneftkimyamaş ASC-in 2006-cı ilə istehsal proqnozu 21 mln AZN dəyəri həcmindədir.

Xəbər lenti

Xəbər lenti