...

Türkiyə və Azərbaycanın energetika nazirləri Tbilisiyə gəliblər

Energetika Materials 8 Dekabr 2006 11:35 (UTC +04:00)

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Xilmi Gülər və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Tbilisiyə gəliblər. Gürcüstan Energetika Nazirliyindən Trend in müxbirinə verilən mülmatda bildirilir ki, onları Gürcüstanın energetika naziri Nika Qiluari qarşılayıb.

Tərəflər saat 11:00-da "Kortiard Merriott" mehmanxanasında üçtərəfli danışıqlara başlayacaqlar. Jurnalistlər üçün açıqlamalar təxminən saat 16:00 üçün planlaşdırılıb.

Gürcüstan, Azərbaycan və Türkiyənin nergetika nazirləri bu gün Tbilisidə Gürcüstana Azərbaycanın "Şah dəniz" yatağında türk kvotasından əlavə təbii qaz həcminin ayrılması məsələsini müzakirə edəcəklər. Görüş çərçivəsində nazirlər Gürcüstanın qışda Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə türk kvotası hesabına alacağı qazın həcmi barədə yekun qərar qəbul edəcəklər. Həmçinin ərazinin enerji təhlükəsizliyi və energetika sahəsində digər qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi məsələlərinin müzakirəsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti