...

Dövlət Neft Şirkəti 2007-ci ildə Ceyhandan ilk neft partiyasının satışı üçün tender elan edib

Energetika Materials 9 Dekabr 2006 12:32 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) Trend ə bildiriblər ki, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ötürülən "Azeri Light" markalı neft partiyasının Türkiyənin Ceyhan limanından yüklənməsi üçün tender elan edilib.

Partiyanın həcmi 1 mln. barrel (yaxud 135 min ton) təşkil edəcək. Yükləmə 2007-ci ilin 6-8 yanvar tarixlərində planlaşdırılır. Tenderin nəticələri 14 dekabrda aparılacaq.

AZERI LT FOB Ceyhan - neftinin 7 dekabr üçün qiyməti $61,94/barr. ( əvvəlki qiymətə görə $0,74/barr aşağı düşüb) təşkil edib.

Ceyhandan ARDNŞ-ın neft partiyasını 2006-cı ildə aşağıdakı şirkətlər alıb:

Statoil - avqust (1 mln. barrel);

Arcadia - sentyabr (600 min barrel);

Select Energy GmbH - noyabr (1 mln. barrel);

Glencore Energy UK Ltd - dekabr (600 min barrel);

Select Energy GmbH -dekabr (600 min barrel);

Addax BI - dekabr (600 min barrel);

Sumato Energy Group - dekabr (600 min barrel).

Xəbər lenti

Xəbər lenti