...

Azərbaycan Dövlət Neft Şirkəti və böyük neft şirkəti niyyət protokolunu pozurlar

Energetika Materials 11 Dekabr 2006 16:34 (UTC +04:00)

2007-ci ilin fevral ayında Amerikanın Conoco Phillips şirkəti və Azərbaycan Dövlət Neft Şirkəti arasında "Ümid" və "Babək" perspektiv strukturlarının kəşfiyyatı və işlənməsi məsələsi üzrə niyyət protokolunun iki illik etibarlılıq müddəti başa çatır.

"Tərəflər bəzi məsələlər üzrə anlaşma əldə etmədiklərindən niyyət protokolunun pozulması haqqında qarşılıqlı qərar qəbul olunub", - deyə ARDNŞ-dən Trend ə məlumat verilib.

Dövlət Neft Şirkətinin bu strukturların işlənməsi üçün öz planları var və bu da 2005-2015-ci illər üçün yanacaq-energetika kompleksinin inkişafının dövlət proqramında əks olunub.

ARDNŞ "Babək" və "Ümid"də kəşfiyyat qazıntısının sürətləndirilməsi məsələsini müzakirə edir. Bu strukturlarda qazıntı proqramları artıq hazırdır. Maliyyələşdirmənin açılması və quyuların qazılmağa başlaması gözlənilir. Kəşfiyyat qazıntısı 2007-ci ilin birinci rübündə başlaya bilər. Strukturda qazıntı yerində qazma qurğusunu quraşdırmaq üçün geotexnika nəzərdə tutulub. Yəqin ki, ARDNŞ-in sifarişi ilə quyuların qazılması üçün Heydər Əliyev adına qazma qurğusu (keçmiş LİDER) cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti