...

Azərbaycan Dövlət Neft Şirkəti Novorossiyskdən olan ilk neft partiyasının satışına tender elan edib

Energetika Materials 15 Dekabr 2006 18:20 (UTC +04:00)

Azərbaycan Dövlət Neft şirkəti (ARDNŞ) 2007-ci ildə Novorossiysk limanından 620 mln. barr. həcmində ilk neft tankeri patiyasına dekabrda tender elan edib. Bu barədə Trend ə ARDNŞ-dən xəbər veriblər.

Bu partiyanın yüklənməsi 2007-ci ilin 23-24 yanvarına təyin olunub. Tenderə 2006-cı il dekabrın 21-də yekun vurulacaq.

Dekabrda ARDNŞ Novorossiyskdən iki partiya neft satıb- 1,080 mln. barrel və 620 min barrel. Hər iki partiyanın alıcısı REOC Ltd olub.

2005-ci ildə ARDNŞ Novorossiyskdən 1,631 mln ton neft göndərib. 2004-cü ildə bu 2,559 mln ton idi.

Xəbər lenti

Xəbər lenti