...

Azəriqaz QSC 2007-ci il yanvarın 1-dən istixanalara qaz verilməsini dayandıracağı barədə bəyanat verib

Energetika Materials 26 Dekabr 2006 18:27 (UTC +04:00)

"Azəriqaz" qapalı səhmdar cəmiyyəti növbəti dəfə bütün istixanalarda özəl formasına baxmayaraq 2007-ci ilin yanvarın 1-dən qaz verilməsinin dayandırılacağı barədə xəbərdarlıq edib və başqa yanacaqdan istifadə olunmasını tövsiyə edib. Trend in verdiyi xəbərə görə, bu barədə "Azəriqaz"ın çərşənbə axşamı yayılmış məlumatında deyilir.

Sahibkarlar 2007-ci ilin yanvarın 15-dək istixanalara gedən qaz xətlərinin likvidasiyası üçün şərait yaratmalı olacaq. Sonradan qazdan istifadə olunacağı təqdirdə qanuna müvafiq olaraq ölçü götürüləcək.

Hazırda təbii qazın yanacaq kimi istixanalarda istifadə olunması başqa abonentlərin qazla normal təmin olunmamasına gətirib çıxarır.

Aparılan yoxlamalar zamanı istixana sahiblərinin sayğaclara çoxlu müdaxiləsi, qanunsuz qaz istifadəsi və qaz nəqliyyat xətlərinə icazəsiz qoşulmalar aşkar olunub.

Xəbər lenti

Xəbər lenti