...

Azərbaycan Dövlət Neft Şirkətinın "Azneft" İB 2006-cı ildə kapital investisiyalarının həcmini açıqladı

Energetika Materials 18 Yanvar 2007 16:19 (UTC +04:00)

2006-cı ildə ARDNŞ-ın "Azneft" İstehsalat Birliyinin (İB) obyektlərində kapital investisiyalarının həcmi 2005-ci ildəki 146,11 mln.manata qarşı 194,58 mln. manat təşkil edib. Trend xəbər verir ki, bu barədə "Azneft" İB baş direktoru Şahin İsmayılov bildirib.

2006-cı ildə əsaslı tikintiyə 83,45 mln. manat, qazmaya 77,98 mln. manat sərf edilib.

2006-cı ildə "Neft daşları" yatağında qurulmuş 1887 saylı platforma istismara verilib. Bu, beş bünövrə bloklarından ibarətdir və 36 quyunun qazılması üçün nəzərdə tutulub. Hazırda platformada artıq üç qabaqlayıcı yüksəkdebitli quyu təhvil verilib. Qalan 33 quyu "Bayıl limanı" dəniz kəşfiyyat qazma idarəsi tərəfindən qazılacaq.

Keçən il "Abşeronneft" neft-qaz emaledici idarə tərəfindən "Şimal qırışığı" dəniz yatağında 14 quyuluq stasionar özülün tikintisinə başlanıb, "Günəşli" yatağında 13 saylı özüldə işlər yekunlaşdırılıb, "Günəşli"də platformalararası neft kəmərlərinin və Dübəndidə səkkizinci rezervuarın tikintisi də başa çatdırılıb.

Keçən il həmçinin bir neçə boru kəməri tikilib, bir sıra qaz kompressor stansiyaların yenidən qurulması həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti