...

"Şimal" elektrik stansiyasında ikinci buxar-qaz qurğusunun tikintisi üzrə tenderin bağlanması tarixi dəyişdirilib

Energetika Materials 23 Yanvar 2007 16:38 (UTC +04:00)

Trend xəbər verir ki, "Azərenerji" SC nominal gücü 400 MVt olan "Şimal" stansiyasında ikinci buxar-qaz qurğusunun, dörd 220 kV EÖX və 220/110 kv yarımtsansiyaların layihələndirilməsi, təchiz edilməsi, tikintisi və quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi ilə bağlı tenderin bağlanması tarixini dəyişib.

Tender təkliflərinin təqdim edilmə tarixi 2007-ci il yanvarın 22-dən martın 7-nə keçirilib. Təkliflər martın 7-də açılacaq.

Hazırda "Şimal" stansiyasında ikinci buxar-qaz qurğusunun layihələndirilməsi, təchiz edilməsi, tikintisi, quraşdırılması, sınaqdan keçirilməsi və istismara verilməsi üçün "Azərenerji" SC-nin tenderində iki şirkət iştirak etmək istəyini bildirib. Bunlardan biri həmin elektrik stansiyasında birinci buxar-qaz qurğusunun tikintisində iştirak etmiş "Mitsui/Mitsubishi", digəri Cənubi Koreyanın "Bumjin Korporeyşn" şirkətidir.

Yaponiyanın "JBIC" şirkəti stansiyada 400 MVt gücündə ikinci buxar-qaz blokunun tikintisi üçün 29,28 mlrd. ien dəyərindən güzəştli kredit ayırır. Bu vəsait 0,75% illiklə 40 il müddətinə verilir. Bu müddətin 10 ili güzəştli dövrdür. Stansiyada 400 MVt gücündə bir buxar-qaz qurğusu var. Bu quğunun tikintisini Yaponiyanın "Mitsui/Mitsubishi" şirkətlər alyansı həyata keçirib.

Xəbər lenti

Xəbər lenti