Gürcüstan prezidenti Mixail Saakaşvili Sameqrelo bölgəsində yeni neft emalı zavodu inşa etmək niyyətində olduğunu bildirib. Bu barədə Trend in Gürcüstandakı xüsusi müxbiri xəbər verir.
"Yaxın vaxtlarda yalnız Sameqrelo bölgəsində, limanlar və başqa infrastrukturla yanaşı, biz neft emalı zavodunun tikintisinə başlayırıq", - deyə prezident təfərrüatları konkretləşdirməkdən çəkinməyərək bildirib.
Prezident Saakaşvili bu bəyanatı Zuqdididə (Sameqrelo bölgəsinin inzibati mərkəzi) verib. Prezident orada meşə fındığının emalı üzrə yeni "Aqronats" fabrikinin açılışında iştirak edib.
Gürcüstanın Qara dəniz sahili Supsada neft terminalı mövcuddur. Tikintisi demək olar ki, başa çatmış ikinci terminal Sameqrelo bölgəsində - Kulevidə yerləşir.
Neft terminalı və neft emalı zavodu həmçinin Batumidə fəaliyyət göstərir.