...

Azərbaycan Çin və Koreyanın müasir enerji texnologiyalarının istifadəsində maraqlıdır

Energetika Materials 15 Fevral 2007 13:09 (UTC +04:00)

Azərbaycan Çin və Cənubi Koreyada tətbiq edilən istehsal proseslərinin idarə edilməsi forma və metodlarının yaradılması və təkmilləşdirilməsi üzrə işin aparıcı metod və prinsiplərinin, müasir texnologiyaların istifadəsində maraqlıdır. Bu fikir "Azərenerji" Səhmdar Cəmiyyətin nümayəndə heyətinin cəmiyyət prezidenti Etibar Pirverdiyevin başçılığı altında səfərinin nəticələri ilə bağlı səsləndirilib. Trend xəbər verir ki, bu barədə "Azərenerji" mətbuat-xidmətindən bildiriblər.

Keçirilən görüşlər zamanı Çin və Koreya şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə daha fəal iştirakı imkanları nəzərdən keçirilib. Səfər zamanı həmçinin Azərbaycan energetikləri ilə Çin və Cənubi Koreya energetikləri arasında son vaxtlar yaranmış işgüzar əlaqələrin gələcək inkişafının və möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti