Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Bakıda abunəçilərə veerilən elektrik enerjisinin yeni fərdi hesablama sisteminin tətbiqinə başlanması düzgün addımdır. Bu barədə bu gün "Azərenerji" SC-nin prezidenti Etibar Piriverdiyev məlumat verib.
Onun sözlərinə görə, Bakı Elektrik enerjisinin Ötürücü şəbəkəsində ("Bakıelektrikşəbəkə" ASC tərəfindən idarə olunan) abunəçilər, regionlara nisbətən daha rahat yerləşdirilib. Yeni sistem (GSM sistemi vasitəsilə idarə olunan) texniki nöqteyi-nəzərdən ən qabaqcıl sistemdir.
"Sistem abunəçilərin maraqlarını müdafiə edir, bu da daha dəqiq hesab aparır. Eyni zamanda ötürücü şəbəkə tərəfindən elektrik enerjisinin kommersiya hesabını yaxşılaşdırmağa imkan verəcək", deyə o, bildirib