...

Yanvar-fevral ayları ərzində Azərbaycan "Şahdəniz"dən təqribən 57 min kubmetr qaz alıb

Energetika Materials 7 Mart 2007 19:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend S.Əliyev/ Yanvar-feavral ayları ərzində "Şahdəniz" qaz-kondensat yatağından 56,91 mln. kubmetr qaz çıxarılıb. Bu barədə məlumatı Dövlət Neft Şirkətindən veriblər. Çıxarılmış qaz tam həcmdə Azərbaycana verilib. Fevral ayında isə yataqdan 43,07 mln. kubmetr qaz hasil olunub.

Birinci quyudan qaz çıxarılmasına dekabr ayının 15-dən başlanılıb. Birinci quyudan hər sutka üçün 5,6 mln. qaz və 2,5 min ton qaz kondensatı hasil olunub. Daha sonra isə qaz sızması ilə əlaqədar olaraq bu quyunun istifadəsi dayandırlıb. Fevral ayında isə BP şirkəti yataqda ikinci quyunu istismara verib. Yeni istismara verilən bu quyunun sutkalıq 6 mln. kubmetr qaz və 2 min kubmetr qaz kondensatı vermək qabiliyyəti var.

"Şahdəniz" yatağından "Mərhələ- 1" çərçivəsində 8,6 mlrd. kubmetr qaz hasil olunacaq. 2007-ci il ərzində isə bu yataqdan 2,8 mlrd. kubmetr qaz çıxarılması gözlənilir.

Xəbər lenti

Xəbər lenti