...

Azərbaycan Dövlət Neft Şirkəti Ceyhan limanından neft partiyasını satır

Energetika Materials 20 Mart 2007 12:01 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycan Dövlət Neft Şirkəti (ADNŞ) Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına çatdırılan Azeri Light neft növünün yüklənməsi ilə əlaqədar tender elan edib. Bu barədə ADNŞ-dən məlumat verilib. Partiyanın həcmi 1 mln. barrel (və ya 135 min ton) təşkil edir. Yüklənmə 15-17 aprel tarixinə planlaşdırılır. Tenderin nəticəsi martın 28-də elan olunacaq. AZERI LT FOB Ceyhan neftinin qiyməti martın 16-da $60,33/barr təşkil edib (əvvəlki qiymətdən $0,24/barr yüksək).

2007-ci ildə ADNŞ-in Ceyhandan neft partiyalarını aşağıdakı şirkətlər əldə edib

Glencore Energy UK Ltd - yanvar (1 mln. barrel);

VILMA OIL S.L - yanvar - fevral (1 mln. barrel);

Select Energy GmbH - fevral (600 min barrel);

Select Energy GmbH - fevral-mart (1 mln. barrel);

Glencore Energy UK Ltd - mart (1 mln. barrel);

Addax BV- mart (1 mln. barrel);

Sumato Energy Group Ltd - aprel (1 mln. barrel).

Xəbər lenti

Xəbər lenti