...

Baş nazirin birinci müavini: 2007-ci ildə Azərbaycan öncəödəməli qaz sayğaclarının tətbiqinə başlayacaq

Energetika Materials 28 Mart 2007 21:06 (UTC +04:00)
Baş nazirin birinci müavini: 2007-ci ildə Azərbaycan öncəödəməli qaz sayğaclarının tətbiqinə başlayacaq

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xalilova /10 gün müddətində Belarus hökuməti smart-kartların köməyi ilə işləyən öncə ödəməli qaz sayğaclarının Azərbaycana gətirilməsi məsələsinə baxacaq.

Azərbaycanın baş nazirinin birinci müavini Eyyub Yaqubovun Belarus - Azərbaycan hökumətlərarası iqtisadi əməkdaşlıq komissiyasının 4-cü iclasınada bildirdiyinə görə, iki-üç günə ölkədə qaz sayğaclaşdırılması başa çatacaq, ancaq hökumətin planlarına 2007-ci ildən öncə ödəməli sayğac sisteminin tətbiq olunması da daxildir.

"Bu, enerji qorunması və istifadəçilər tərəfindən 100 faiz ödəmə aparılması üçün çox məqsədəuyğundur",-deyə E.Yaqubov bildirib.

Hazırda Azərbaycan Belarus qaz sayğaclarından istifadə edir. Vavilov adına Minsk mexaniki zavodu ilə "Azəriqaz" QSC arasında razılaşmaya əsasən, 2007-ci ildə 23 min sayğac gətiriləcək. Artıq 2006-cı il ərzində 30 min sayğac alınıb.

Perspektivdə sayğacların Azərbaycanda istrehsal olunması durur.

Xəbər lenti

Xəbər lenti