...

AİB alternativ enerji mənbələri üzrə ilkin hesabatını təqdim edib

Energetika Materials 4 Aprel 2007 16:16 (UTC +04:00)

Azərbacan,Bakı/müxbir Trend S.Əliyev/Bu gün Bakıda Asiya İnkişaf Bankının Azərbaycanda alternativ enerji mənbələrinin tətbiqi üçün texniki yardım layihəsi üzrə məsləhətçi şirkətlərı ilkin hesabatı təqdim edib.

Entec şirkətinin (layihə üzrə məsləhətçi) nümayəndəsi Faruk Əhmədin qeyd etdiyi kimi, Azərbacyanda alternativ enerji mənbələri üzrə daha prioritet layihə kiçik su elektrik stansiyalarının tikintisidir.

Bu stansiyalarda elektrik enerjisinin istehsalı üçün (enerjinin əldə olunması üçün digər layihələrlə münasibətdə) qoyulmuş enerjinin toplanması, subsidiyası dünya bazarlarında yanacağın qiymətinin dəyişməsinə daha az təsir edəcək. Bundan başqa, bu istehsal növü ekoloji cəhətdən təmizdir. Bank tərəfindən təqdim olunmuş hesabatda hazırda Azərbaycanın 8,5 mln. əhalisinin 48,8 faizinin enerji ilə pis təmin olunan kənd yerlərində yaşaması qeyd olunub. Layihənin əsası məhz bu regionlarda ekoloji təmiz enerji mənbələrinin inkişafı imkanından ibarətdir.

Həmçinin qeyd olunub ki, respublikada elektrik enerjisinin istehlakı hər il 4,7 faiz artır. Artan tələbatın ödənilməsi üçün 2010-cu ilə qədər elektrik enerjisinin istehsal həcmi 200 MVt, 2015-ci ilə qədər isə 2750 MVt-a çatdırılmalıdır.

Bərpa olunan elektrik enerjisi mənbələrinin inkişafı üçün müxtəlif yollar və potensialın müəyyən edilməsi məqsədilə 900 min dollar məbləğində qrant ayrılıb. Bunun 200 min dolları Finlyandiya hökuməti tərəfindən qrant şəklində, 500 min dolları AİB və 200 min dolları Azərbaycan hökuməti tərəfindən ayrılıb.

Texniki yardım 10 ay müddətinə hesablanıb.

Layihənin əsas məqsədi ölkə regionlarını külək, kiçik su elektrik və günəş elektrik stansiyalarının istifadəsi kimi alternativ enerji mənbələri ilə təmin etməkdir. Bu, regionlarda kənd təsərrüfatı fəaliyyətinə dəstək üçün lazımdır.

Xəbər lenti

Xəbər lenti