...

AZPROMO rəhbəri: "Azərbaycan və Qazaxıstan neft-qaz servisi sahəsində əməkdaşlığı müzakirə edəcək"

Energetika Materials 13 Aprel 2007 14:49 (UTC +04:00)
AZPROMO rəhbəri: "Azərbaycan və Qazaxıstan neft-qaz servisi sahəsində əməkdaşlığı müzakirə edəcək"

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Aprelin 17-də Akim Mangistausk vilayətinin qubernatoru Krımbey Kuşırbayevin başçılığı altında Qazaxıstan nümyənədə heyətinin Bakıya səfəri gözlənilir. Bu barədə Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Emil Məcidov məlumat verib.

Onun sözlərinə görə, Qərbi Qazaxıstandan olan biznesmenlər qrupu Azərbaycanda 15 Azərbaycan şirkətinin nümayəndələrinin iştirak edəcəyi işçi görüşlər keçirəcək.

Nümayəndə heyətinə nəqliyyat sahəsi, tikinti və neft-qaz servisi sahəsində olan iri trestlər daxildir. Onlar Azərbaycanın imkanlarını öyrənəcək.

"Məqsədimiz Azərbaycan şirkətlərini Qazaxıstana göndərməkdir. Qazaxıstanlıların da həmçinin Azərbaycanda işləmək arzusu var" - deyə Məcidov bildirib.

Xəbər lenti

Xəbər lenti