...

Azərbaycan neftinin qiyməti: 23-27 aprel həftəsinin yekunları

Energetika Materials 30 Aprel 2007 14:06 (UTC +04:00)
Azərbaycan neftinin qiyməti: 23-27 aprel həftəsinin yekunları

Azərbaycan,Bakı/müxbir Trend V.Şərifov/23-27 aprel həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $68,06/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,54/barr və ya 2,3 faiz çoxdur.

23-27 aprel həftəsindəAZERI LT neftinin maksimal qiyməti $68,38/barr, minimal qiyməti isə $67,45/barr tiəşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

23-27 aprel həftəsində Azərbaycanın Novorossiyk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $61,97/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $0,54/barr və ya 0,08 faiz çoxdur. 23-27 aprel həftəsində URAL neftinin maksimal qiyməti $63,/barr, minimal qiymət isə $61,08/barr təşkil edib.

URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

23-27 aprel həftəsindəBrent Dated neftinin orta qiyməti $67,45/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $1,31/barr və ya 1,9 faiz çoxdur.

Brent neftinin maksimal qiyməti $67,72/barr, minimal qiymət isə $67,07/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti