...

Toni Hayvard BP-nin icraçı direktoru təyin olunub

Energetika Materials 1 May 2007 20:59 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Çərşənbə axşamı BP Direktorlar Şurası Toni Hayvardı şirkətin icraçı direktoru təyin edib. Bu barədə BP-nin məlumatında göstərilib.

O, bu vəzifədə BP-də 41 il işləmiş lord Con Braunu əvəz edib.

Məlumatda qeyd olunur ki, lord Braun öz istefasını Britaniya Məhkəməsi tərəfindən KİV-də onun şəxsi həyatı barədə məlumatların dərc olunmasına qadağanın götürülməsi ilə əlaqələndirib.

"41 il BP-də işləyərkən mən öz şəxsi həyatımı işimdən ayırmışam", - deyə lord Braun bildirib.

Xəbər lenti

Xəbər lenti