Azərbaycan,Bakı/ Trend /2007-ci ilin yanvar-aprel aylarında "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunu mənimsəyən Azərbaycanın Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) müqavilə sahəsində 10,9 mln. ton Azeri Light neft sortu hasil edib. Bu da 2006-cı ilin yanvar-aprel göstəricisindən 4,5 mln. ton çoxdur.
Çərşənbə axşamı ABƏŞ-dən verilən məlumata əsasən, yanvar-apreldə "Çıraq" yatağında neft hasilatı 2,335 min ton neft təşkil edib. 2006-cı ilin yanvar-aprelində isə 2,442 mln. ton neft təşkil edib. "Azəri" yatağında 2007-ci ilin yanvar-aprelində 8,493 mln. ton neft təşkil edib. 2006-cı ilin yanvar-aprelində isə 3,927 min ton təşkil edib.
Apreldə "Çıraq" yatağında neft hasilatı 2006-cı ilin 617,176 min ton neft göstəricisinə qarşı 567 min ton təşkil edib.
2007-ci ilin aprelində "Azəri" yatağında neft hasilatı 2006-cı ilin 1,094 min ton neft göstəricisinə qarşı 2,034 mln. ton neft təşkil edib.
2006-cı ildə ABƏŞ müqavilə sahəsində 23,260 mln. ton Azeri Light neft sortu hasil edib. Bu da 2005-ci ildən 13,074 mln. ton çoxdur. 2006-cı ildə "Çıraq" yatağında neft hasilatı 2005-ci ilin 7,028 mln. ton neft göstəricisinə qarşı 6,977 mln. ton təşkil edib. 2006-cı ildə "Azəri" yatağında neft hasilatı 2005-ci ilin 6,109 mln. ton neft göstəricisinə qarşı 16,283 mln. ton təşkil edib.