...

"Argus Media"nın eksperti: "Qazaxıstan və Rusiya Burqas–Aleksandrupolis kəmərilə neft daşınmasının həcmini müzakirə ediblər"

Energetika Materials 11 May 2007 14:59 (UTC +04:00)
"Argus Media"nın eksperti: "Qazaxıstan və Rusiya Burqas–Aleksandrupolis kəmərilə neft daşınmasının həcmini müzakirə ediblər"

Azərbaycan, Bakı/ Trend müxbir V.Şərifov/ Qazaxıstan Burqas-Aleksandrupolis neft kəmərilə 17 mln. tona qədər neft daşınması üçün kvota ala bilər.

Beynəlxalq qiymət agentliyi "Argus Media"nın eksperti Rauf Hüseynovun cümə günü bildiridiyinə görə, bu, Xəzər boru-kəməri konsorsiumunun (XBK) genişləndirilməsi hesabına baş verə bilər.

XBK Qazaxıstanın "Tengiz" yatağından Novorossiysk limanına qədər uzanır. Yatağın işlənməsi üzrə operator rolunda Amerikanın "Chevron" şirkətinin rəhbərliyi ilə "TengizŞevroil" konsorsiumu çıxış edir.

Qeyd edək ki, may ayının 10-da Qazaxıstanda prezidentlərin birgə mətbuat konfransında Vladimir Putin XBK-nın genişləndirilməsinin mümkünlüyünü bəyan edib. "Biz bu haqda düşünürük və bunu mümkün hesab edirik. Biz ikinci boru kəmər sistemi Burqas-Aleksandrupolisin tikintisi barədə də razılaşmışıq. Bu kəməri doldura biləcək neftin böyük hissəsi Qazaxıstan nefti olacaq" - deyə Putin bildirib.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev söyləyib ki, XBK-nın ötürmə gücünün 23 mln. tondan 40 mln. tona qədər artırılması üçün imkan var. "Biz bu barədə danışmışıq və müvafiq tapşırıqlar verilib" - deyə o bildirib.

2006-cı ildə XBK ilə 31,1 mln. ton neft daşınıb. Daşınmanın həcmi boru kəmərində kimyəvi reagentlərin istifadəsi hesabına mümkün olub. 2006-cı ildə ixrac olunmuş neftin 24,3 mln. tonu Qazaxıstan, 7 mln. tonu isə Rusiyanın payına düşüb. XBK-nın layihə gücü son mərhələdə ildə 67 mln. ton neftə çatmalıdır.

Xəbər lenti

Xəbər lenti