...

Ukrayna, Azərbaycan, Gürcüstan, Litva, Polşa və Qazaxıstan enerji məsələləri üzrə qrup yaradır

Energetika Materials 12 May 2007 11:46 (UTC +04:00)

Ukrayna, Azərbaycan, Gürcüstan, Litva, Polşa prezidentləri və Qazaxıstan nümayəndəsi mayın 11-də keçirilmiş qeyri-rəsmi sammitin nəticələrinə əsasən enerji əməkdaşlığı məsələləri üzrə birgə sənəd imzalayıblar.

Altı ölkənin səyləri Xəzər regionundan enerji daşıyıcılarının Avropaya çatdırılmasına yönəldilib. Bu məqsədə enerji daşıyıcıları mənbələri və Xəzər və Qara dəniz hövzələrini Baltik dənizi regionu ilə birləşdirən nəqletmə marşrutlarının, əsasən də Odessa-Brodı-Plotsk-Qdansk marşrutunun diversifikasiya yolu ilə və həmçinin yeni qaz nəqletmə marşrutlarının inkişafı yolu ilə nail olunacaq. Bu barədə RBK məlumat verib.

Görüş iştirakçıları hökumətlərarası saziş üzərində işin başlanması ilə əməkdaşlığı fəallaşdırmaq barədə razılığa gəlib. Hökumətlərarası saziş Xəzər neftinin Avropa və dünya bazarlarına nəql olunması üçün dəhlizin (Odessa-Brodı-Plotsk-Qdansk boru kəməri) istifadə olunması layihəsində dövlət və şirkətlərin iştirakını nizamlayacaq. Bundan başqa, birgə enerji layihələrinin inkişafı üçün şirkətin yaradılması ideyası bəyənilib. Hökumətlərarası işçi qrupunun məqsədi onun əsaslandırılmasının əsas kriteriyalarını müəyyən etməkdir.

Görüş iştirakçıları vurğulayıblar ki, Krakov sammitinin 2007-ci ilin oktyabrında Vilnüsdə davamı olacaq. Görüşə "Şərq və Qərbin energetika bazarının əsas oyunçuları" dəvət olunacaq.

Xəbər lenti

Xəbər lenti