...

Azərbaycan Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Energetika Materials 18 May 2007 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Azərbaycan prezidentinin sərəncamı əsasında Dövlət Neft Fondunun Müşahidə Şurasının yeni tərkibi müəyyənləşdirilib. Əvvəlki kimi şuranın rəhbəri ölkənin baş naziri Artur Rasizadə təyin olunub. Şurada həmçinin Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov, iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri Vahid Axundov, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Heydar Babayev, Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, parlamentin iqtisadi siyasət daimi komissiyasının sədr müavini Azər Əmiraslanov, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov və Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov yer alıb.

Sərəncam mayın 16-dan qüvvəyə minib. Müvafiq olaraq 2001-ci il 27 dekabr tarixli sərəncam qüvvədən düşüb.

Xəbər lenti

Xəbər lenti