...

ARDNŞ iri dəniz yatağında qaz hasilatını artırıb

Energetika Materials 23 May 2007 11:35 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) Bakıdan 30 kilometr məsafədə yerləşən "Bahar" yatağında yeni yüksək debitli quyu qazıb. Bu barədəARDNŞ-dən verilən məlumatda bildirilir.

4100 metrlik quyunun qazılması "Qum adası" dəniz qazma işləri idarəsi tərəfəndən həyata keçirilib. Quyunun sutkalıq debiti 190 min kubmetr qaz və 25 ton kondensat təşkil edir. Ehtiyatda daha 3-4 səmərəli obyekt qalır.

Quyu istismara verildikdən sonra "Qum adası" idarəsinin sutkada verdiyi qazın həcmi 800 min kubmetrə çatıb. İlin əvvəlində isə bu göstərici 640 min kubmetrə bərabər idi.

ARDNŞ-in öz qazının hasilat həcminin artırılması proqramına əsasən, iki il ərzində hasilat iki dəfə artmalıdır və 2008-ci ildə 8 mlrd. kubmetrdən çox olmalıdır.

Xəbər lenti

Xəbər lenti