...

Thomson Financial Limited şirkəti Dövlət Neft Fondu portfelinin idarə olunması və baş mühasibat kitabı üçün PT tətbiq edəcək

Energetika Materials 25 May 2007 21:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) portfelinin idarə olunması-portfel mühasibat sistemi və baş mühasibat üçün proqram təminatı (PT) üzrə xidmətlərin satınalması məqsədilə keçirilən tenderlərin qalibi Thomson Financial Limited şirkətidir.

Fonda portfelin idarə olunması-portfel mühasibat sistemi üzrə proqram təminatı xidmətlərinin göstərilməsinə dair 8, baş mühasibat kitabı (mühasibat sistemi) üzrə qeyd olunan xidmətlərin göstərilməsi üçün isə 9 təklif təqdim olunub. Tender komissiyası tender təkliflərini qiymətləndirərkən 9 texniki və maliyyə meyarını nəzərə alıb.

Hər iki sistem üzrə proqram təminatının tətbiqinə ARDNF və Thomson Financial Limited şirkəti arasında müqavilənin bağlanmasından sonra başlanılacaq. Bu prosesin 9 ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Qeyd olunan sahələr üzrə proqram təminatı infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı qərarın verilməsinin səbəbi Fondun əməliyyat miqyasının genişlənməsi və genişlənən sistemlərə, proseslərin avtomatlaşdırılmasına, mövcud investisiyaların idarə edilməsi və monitorinqinin həyata keçirilməsinə ehtiyacın artmasıdır.

Tender prosesində ARDNF-ə ABŞ-nin Ticarət və İnkişaf Agentliyi (TİA) tərəfindən maliyyələşdirilən Neft Fondunun İnstitusional Quruculuğunun Təkmilləşdirilməsi layihəsini həyata keçirən Overture Financial Services şirkəti məsləhət xidməti göstərib.

Xəbər lenti

Xəbər lenti