...

BP Bakı-Supsa kəmərinin dövrələmə sahəsinin tikintisi üçün investisiyanı açıqlayıb (video)

Energetika Materials 29 May 2007 19:32 (UTC +04:00)
BP Bakı-Supsa kəmərinin dövrələmə sahəsinin tikintisi üçün investisiyanı açıqlayıb (video)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ 2006-2007-ci illərdə Bakı-Supsa kəməri üzrə istismar xərcləri $16,5 mln. səviyyəsində nəzərdə tutulub. Gürcüstanda kəmərin dövrələmə sahəsinin tikilməsi üçün daha 6 mln. dollar tələb olunur. Bu barədə çərşənbə axşamı mətbuat konfransında BTC Co-nun baş icraçı direktoru, quruda aparın əməliyyatlar üzrə BP-nin vitse-prezidenti Rəşid Cavanşir məlumat verib.

Azəbaycan Beynəlxalq Əməliyyat Şirkəti (Bakı-Supsa kəmərinin operatoru) kəmərə bitişik ərazidə, Gürcüstanın Zestafoni bölgəsində torpaq sürüşməsinin monitorinqini aparıb. Burada azacıq sürüşmə qeydə alınıb ki, bu da kəmərin dövrələmə sahəsinin tikilməsini tələb edir.

Dövrələmə sahəsi 1000 metr uzunluğunda olacaq. İşlər bu kəmərin təhlükəsizliyinin təmin olunmasına yönəlib.

Bakı-Supsa kəmərinin istismarı 2006-cı ilin noyabrında dayandırılıb.

Xəbər lenti

Xəbər lenti