...

"ITERA-Gürcüstan" Rusiya qazının əvəzinə ucuz Azərbaycan qazına üstünlük verib

Energetika Materials 1 İyun 2007 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend Ü.İsmayılova/ Gürcüstan regionlarını təbii qazla təmin edən "İTERA-Gürcüstan" şirkəti Rusiyadan qaz almağı dayandırıb və Azərbaycan qazına keçib.

Cümə günü şirkətin mətbuat katibi Vitali Lomidzenin jurnalistlərə bəyan etdiyi kimi, "Azəriqaz" QSC-nin Gürcüstana təbii qaz çatdırmalarını mayın 29-da köhnə qaz kəməri vasitəsilə bərpa etməsindən sonra "İTERA-Gürcüstan" iyun üçün 16 mln. kubmetr qazın əldə olunması üçün sorğu verib.

Ölkəyə qaz 1 kubmetri 120 dollar dəyərində Azərbaycandan daxil olur. "Qazprom" Gürcüstana "mavi yanacağı" 235 dollara (1 kubmetr üçün) satır.

İyun ayı ərzində Gürcüstanın Qaz və Neft Korporasiyası "Azəriqaz"dan sutkada 1,2 mln. kubmetr qaz alacaq.

Həmçinin Cənubi Qafqaz magistralı üzrə "Şahdəniz" yatağından hasil olunan qazın idxalı da təklif olunacaq.

Xəbər lenti

Xəbər lenti